Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Əl-Qaidanın Cənubi Asiya lideri öldürülüb

Yayınlanma tarixi: 09.10.2019 10:31:06

Əl Qaidanın Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb

Əl Qaidanın Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb.

Açıqlamada deyilir ki, ötən ay keçirilən birgə əməliyyat (NATO qüvvələrinin də qatıldığı əməiyyat üçün istifadə olunan termin) nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb.

Əsir götürülən şəxslər aqrasında bəzi Pakistan vətəndaşları da olub.

1974-76-cı illər arasında doğulduğu güman edilən Ömər əslən Hindistanın Uttar Pradeş regionundandır.

2016-cı ildə ABŞ Maliyyə Nazirliyi onu terror siyahısına əlavə edib.

23 sentyabrda təşkil olunan reydin ardınca mülki vətəndaşlar arasında çox sayda itkilərin baş verdiyinə dair məlumatlar dolaşmağa başladı.

Helmənd vilayət rəsmisi hava zərbəsi nəticəsində qadın və uşaqlar daxil olmaqla toya gəlmiş 40-a yaxın adamın həlak olduğunu bildirmişdi.

Hacı Əbdül Məcid Axund Amerikanın Səsinə demişdi ki, hücumun baş verdiyi məkanda toy keçiriləcəyinə dair vilayət rəsmilərinə qabaqcadan məlumat verilmişdi.

Həmin vaxt Washington Post qəzetinə danışan ABŞ rəsmisi Musa Qala rayonunda həyata keçirilən əməliyyatın Əl Qaidanı hədəf aldığını bildirmişdi.

Yuxarı