Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Kosmosa uçub 1 ay qalmağın qiyməti - NASA

Yayınlanma tarixi: 10.06.2019 15:45:23

NASA rəsmisi kosmik turizmlə bağlı danışıb.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, NASA-nın maliyyə direktoru Ceff Devit bəyan edib ki, 1 turistin Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu və orada bir aylıq qalışı 59 milyon dollardan baha başa gələ bilər.

“Hazırda bir astronavtımızın reysi üçün 1 kresloya görə təxminən 80 milyon dollar ödəyirik... (ABŞ gəmilərində uçuşların bərpası ilə) qiymət 58 milyon dollaradək enəcək. Nəzəri olaraq, ehtimal edirəm ki, bu, 1 turistin (BKS-ə) çatdırılması üçün ödəniləcək məbləğdir”, - deyə o bildirib.

O qeyd edib ki, dəqiq qiyməti şirkət - kosmik gəminin sahibi müəyyən edəcək.

Əlavə edilir ki, BKS-ə turistik missiyalar 2020-ci ildən start götürəcək.

Yuxarı