Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Körpələrə ən çox verilən adlar açıqlandı - SİYAHI

Yayınlanma tarixi: 17.07.2017 15:50:50

Bu ilin ilk altı ayında Azərbaycanda doğulan körpələrə daha çox hansı adların verildiyi məlum olub.

Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar adları verilib.

Bundan başqa, oğlanlara verilən adlar arasında Ümid, Nihad, Raul, Emil, Amin, Nihad, Ramal, Səid, Sadiq, Cahid, Rəvan, Nurlan, Turan, Adəm, Onur, Cəsur, Fateh, Toğrul, Cavidan, Amir, Mətin, Renat və s. adlar üstünlük təşkil edib.

Bu ilin 6 ayında Azərbaycanda doğulan qızlardan 1256-na Zəhra, 1015-nə Nuray, 760-na Zeynəb, 721-nə Məryəm, 713-nə Fatimə, 683-nə Aylin, 653-nə Mələk, 638-nə Dəniz, 508-nə Damla, 494-nə isə Ayan adı verilib.

Həmçinin, qız uşaqlarına verilən adlar arasında Xədicə, Mədinə, Leyla, Gülay, Səma, İnci, Fidan, Banu, Ayla, Yağmur, Ayşə, Nilufər, Mehri, Nuranə, Nurgül, Aminə, Gülsüm, Safiya kimi adlar üstünlük təşkil edib.

Yuxarı