Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Kim Çen In Trampa “dostcasına” məktub yazdı

Yayınlanma tarixi: 12.06.2019 14:39:36

Şimali Koreya lideri ABŞ prezidentinə məktub yazıb.

İslamazeri.com-un “The Hill”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Indan “olduqca dostcasına” bir məktub alıb.

Tramp Kim Çen In ilə yeni görüşü istisna etməyib və əlavə edib ki, onların “çox yaxşı münasibətləri var”.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Aprel ayında ABŞ və Şimali Koreya liderləri arasında yeni sammitinin keçirilməsinin lehinə çıxış edib.

Yuxarı