Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Kanadada naməlum şəxs məscidi atəşə tutdu - VİDEO

Yayınlanma tarixi: 8.04.2021 20:00:40

Üzü maskalı naməlum şəxs pnevmatik tapançadan məscidi atəşə tutub.

Az.shafaqna.com “Montreal CTV News”-a istinadən xəbər verir ki, Kanadanın Monreal şəhərinin polisi yerli məscidə qarşı törədilmiş nifrət zəminli cinayət faktı üzrə araşdırma aparır.

Belə ki, üzü maskalı naməlum şəxs pnevmatik tapançadan məscidi atəşə tutub.

“Maskalı şəxs məscidin pencələrini bir neçə dəfə pnevmatik tapançadan atəşə tutub. Caninin ardınca təqib olsa da, o, qaçaraq bizdən gizlənə bilib”, ”“ deyə polisdən qeyd edilib.

Sosial şəbəkələrdə yayılan videoda görünür ki, həmin şəxs əlində tapança ilə məscidin yanında dayanaraq ona tərəf 11 dəfə atəş açıb və qaçıb.

Qeyd edək ki, ötən payız Monreal yaxınlığındakı bir neçə məscid vandalizm aktı və qarətə məruz qalıb.

Yuxarı