Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Kanadada hicablı qız uşağına hücum edilib

Yayınlanma tarixi: 13.01.2018 12:21:22

Toronto polisi bildirib ki, dünən əlində qayçı olan bir kişi hicablı bir qız uşağına yaxınlaşaraq onun baş örtüyünü cırıb və aradan çıxıb.

İslamazeri.com xarici KİV-ə istinadən xəbər verir ki, 11 yaşlı qız uşağı yerli telekanala deyib ki, ona hücum edən kişi ona söyüş verərək baş örtüyünü qayçılayıb.

Toronto polisi qız uşağının zərər çəkmədiyini bildirib.

Ontario əyalətinin birinci naziri Katlin Vin bu hərəkəti pisləyərək onun alçaq və nifrət doğuran hərəkət olduğunu deyib.

Keçmişdə də Kanadanın Kebek şəhərində də bir məscidə silahlı hücumda 5 nəfər ölmüşde və bir neçə adam yaralanmışdı.

Yuxarı