Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Kadırov: Makron get-gedə terrorçuya oxşamağa başlayır

Yayınlanma tarixi: 28.10.2020 12:15:56

Kadırov Emmanuel Makronun islamofob çıxışlarına münasibət bildirib.

İslamazeri.com xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov Emmanuel Makronun islamofob çıxışlarına münasibət bildirib.

Kadırov deyib ki, Makron müsəlmanların Peyğəmbərinin (s) karikaturalarının dərcini dəstəkləyərək “terrorçuya oxşamağa başlayır” və o, bunun müsəlmanlar tərəfindən necə pis qarşılandığından xəbərdardır.

“Mən Makronun bu bəyanatı edərkən hansı halda olduğunu bilmirəm, lakin bu cür reaksiyanın nəticələri olduqca faciəvi ola bilər”, - deyə Çeçenistan başçısı qeyd edib.

Eyni zamanda, Kadırov deyib ki, Makron öz hərəkətləri ilə üstü örtülü şəkildə müsəlmanları cinayətlərin törədilməsinə sürükləyir.

Onun sözlərinə görə, “istənilən adekvat başçı” kimi odu söndürməyin əvəzinə, Makron bu alovu daha da alışdırır.

Kadırov Fransa prezidentini gec olmadan təxribatdan və dinə hücumlardan əl çəkməyə səsləyib.

Yuxarı