Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Jirinovski: “Biz Böyük Azərbaycanı qurmalıydıq”

Yayınlanma tarixi: 24.05.2019 03:41:19

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasında çıxışında ABŞ və İran arasında mümkün müharibənin detallarından danışıb.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasında çıxışında ABŞ və İran arasında mümkün müharibənin detallarından danışıb.

Aktor.Az xəbər verir ki, bəzi məqamlara toxunan odioz siyasətçı münaqişə zamanı regionun üzləşəcəyi problemlərdən, ötən əsrin ortalarında SSRİ-nin buraxdığı səhvlərdən və Böyük Azərbaycanın yaradılmasının vacibliyindən danışıb:

"Müharibədən sonra ordumuz Şimali İranda dayanırdı. Stalin ordumuzu burada saxlamadı, amma saxlamaq və Azərbaycanı birləşdirmək lazım idi. Nəticədə Böyük Azərbaycan olardı. İranda azərbaycanlıların sayı çoxdur və onlar 12 milyon nəfərə qədərdirlər, burada isə 8 milyon nəfərdirlər. Bu gün 20 milyonluq Böyük Azərbaycan mövcud olardı”.

Yuxarı