Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İvanişvilinin "siyasi varisi" bəlli oldu

Yayınlanma tarixi: 12.01.2021 17:13:18

Onun namizədliyini 16 yanvarda partiya qurultayında təqdim edəcəklər.

Gürcüstanın hakim partiyası - “Gürcü arzusu - Demokratik Gürcüstan”-a rəhbərliyinə  partiya sədrliyini icra edən İrakliy Kobaxidze namizəd olacaq.

Bu barədə İslamazeri.com yerli mediaya istinadən xəbər verir.

Onun namizədliyini 16 yanvarda partiya qurultayında təqdim edəcəklər.

Bundan başqa qurultayda partiyanın 21 nəfərlik siyasi şurasının təsis ediləcəyi də qeyd edilir.

Qeyd edək ki, bu post “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili siyasətdən getdiyini açqlayandan  sonra boş qalıb. İvanişvili açıq məktubunda missiyasını tamamladığını önə çəkərək Partiya sədrliyi, həmçinin partiyanın özündən ayrıldığını qeyd edib.

Yuxarı