Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İvanişvili siyasətdən getdi: Missiyamı tamamladım

Yayınlanma tarixi: 11.01.2021 12:28:18

“Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili siyasətdən getdiyini açqlayıb.

İslamazeri.com "Az.shafaqna.com " xəbər verir ki, o bu haqda ictimaiyyətə məktubunda qeyd edib.

“Hakim komanda həqiqətən alternativi olmayan ideal komandadır. Mən əminəm ki, bu komanda mənim zəhmətlərim, bacarığımı ləyaqətlə əvəz edə biləcək.”, -deyə İvanişvili bildirib.

İvanişvili məktubunun əsas hissəsində missiyasını tamamladığını önə çəkərək Partiya sədrliyi, həmçinin partiyanın özündən ayrıldığını qeyd edib.

İvanişvili kimdir?

İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspirantura təhsili alıb. Gürcüstanın “Kartu” bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. “Unikor” qrupunun sahibi, iqtisad elmləri namizədi

2011-ci ildən siyasətlə məşğuldur. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bildi.

Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini “Forbes” jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır.

Gürcüstan baş naziri ola bilmək üçün, İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxdı və təkrar Gürcüstan vətəndaşlığı verildi.

Yuxarı