Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İstehlaka yararsız qida məhsulları məhv edilib

Yayınlanma tarixi: 25.05.2022 12:40:58

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Market-İN” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 340 kq müxtəlif növ qida məhsulları (alkoqolsuz içkilər, süd məhsulları, unlu-qənnadı məmulatları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə "İslamazeri.com"a Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Yuxarı