Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İsrailin yeni İran təlaşı: Aramcoya edilən hücumun bənzəri bizə edilə bilər - ARAŞDIRMA

Yayınlanma tarixi: 09.10.2019 16:41:51

Yəmən Ordusunun 14 sentyabrda Səudiyyə Ərəbistanının Aramco neft şirkətinə həyata keçirilən hücumu İsrail və ABŞ İranın həyata keçirdiyini iddia etməkdə davam edirlər.

Yəmən Ordusunun 14 sentyabrda Səudiyyə Ərəbistanının Aramco neft şirkətinə həyata keçirilən hücumu İsrail və ABŞ İranın həyata keçirdiyini iddia etməkdə davam edirlər.

 İslamazeri.com xəbər verir ki, İsrailin hərbi və təhlükəsizlik üzrə ekspertləri hələ də, məsələ ilə bağlı çıxışları, analiz yazıları və hesabatlarında İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" Briqadasını Aramcoya edilən hücumda ittiham edirlər.

 İsrailin Milli Təhlükəsizlik İnstitutunun eksperti R.Tsimet bildirir ki, İran İsrailə gözlənilməz hücum həyata keçirə bilər.

 "Israilə ehtimal verilən zərbə Səudiyyənin Aramco şirkətinə 14 sentyabrda həyata keçirilən hücuma bənzər ola bilər. Bu hücum haqda İsrail Kəşfiyyatında məlumat olmayıb. Təbii ki, İsrail Səudiyyənin neft qüllələrini qorumağa öz resurslarını sərf etməməlidir. Lakin hücum İranın İnqilab Keşikçilər Korpusu tərəfindən həyata keçirilməsi İsrail kəşfiyyatçılarının diqqətini çəkib. Qeyd edim ki, PUA və qanadlı raketlər düşünülmüş marşrutla göndərilib. ABŞ, Səudiyyə və Küveytə məxsus Havadan Müdafiə stansiyaları və batareyalarını keçərək baş tutan bu hücum, qəflətən və dəqiq həyata keçirilib; bu əməliyyat dünyanın ən aparıcı ordularının səviyyəsində olub.", -deyə R.Tsimet əlavə edib.

 İsrailin Milli Təhlükəsizlik İnstitutunun eksperti həmçinin qeyd edib ki, hücum bir başa İranın "Qüds" briqadasının generalı Qasim Süleymaninin nəzarəti və əmrilə həyata keçirilib. Onun sözlərinə görə, İran hücumu öz üzərinə götürməməsi və Yəmən Ordusunun bu hücumu öz üzərinə götürməsi bir strategiyadır. Hücumlar Amerika və müttəfiqlərinə mesaj: ABŞ Administrasiyasına sanksiyalara cavab olaraq təzyiq vasitəsidir. O həmçinin Trampa ümidli olmamağı da üstüörtülü deyib.

 

Məsələ ilə bağlı Yaxın Şərq və İran üzrə ekspert dr. Ziya Türkyılmaz özünün məqaləsində Aramcoya edilən hücumda İsrail və ABŞ tərəfindən İranı ittiham edilməsini absurd adlandırıb. O, Yəmən Ordusu və Ənsarullahın bir neçə ay öncə Aramcoya ediləcək hücum siqnallarını verdiyini qeyd edib : "Ənsarullah və müttəfiqləri bir neçə ay öncə açıqladıqları yeni stratejik planda qanuni müdafiə istiqamətində ABŞ-İsrail-in dəstəklədiyi Səudiyyə koalisiyasının hücumlarına eynilə cavab verəcəklərini və Ərəbistandakı 300 hədəfin siyahısını yayımlayaraq bu mərkəzlərə hücum həyata keçirəcəklərini rəsmən elan etmişdilər. Səudiyyənin Aramco şirkətinin Aqiq və Hureys neft bölgələrindəki bazaları da bu siyahıda yer almışdı."

 Ziya Türkyılmaz daha sonra deyib: "Hegemoniyanın rəhbərləri və Səudiyyə kuklaları şoka uğrayaraq Yəmən Müqavimət Cəbhəsindən aldıqları məğlubiyyəti gizlətmək üçün hər yola baş vurmaqda, bəhanələr qurmaqda və Müqavimət Cəbhəsinin digər mərkəzləri İran və İraqı ittiham etməkdədirlər. Hətta İrana qarşı hücum həyata keçirəcəklərindən də dəm vurmaqdadırlar. Amma bütün bu təlaşlar həqiqətdə İran ilə müharibəyə hazır olduqları üçün deyil, Səudiyyə kuklalarının əsəblərini sakitləşdirmək üçündür.

 Birincisi; Səudiyyəlilərin Yəmənə qarşı hücumlardan və mühasirəsindən vaz keçməsinin qarşısını almaq üçün Ənsarullahı kiçik göstərməklə bu hücumun ABŞ-İran regional müharibəsi çərçivəsində baş verdiyi təəssüratını yaratmaq istəyirlər. Yəni rəqibi böyük göstərib, başda Səudiyyəlilər olmaqla beynəlxalq təşkilatları məğlubiyyət mövzusunda təsir etməyə çalışılır.

 İkincisi; ABŞ İrana qarşı tarixdə bənzəri olmayan embarqolar başladarkən səudiyyəlilərdən İran neftindən boşalan boşluğu doldurmasını istəmiş və Səudiyyənin qayğılarını aradan qaldırmaq üçün də İrandan gələcək hər cür hücuma qarşı onları qoruyacaqları ilə bağlı söz vermişlər. Son iki il içində bu səbəblə Səudiyyəyə 100 milyard dollardan çox silahla birlikdə minlərlə hərbi müşavir göndərilib. Buna görə də, Aramco bazalarına qarşı İrandan deyil, Yəmən tərəfindən həyata keçirilən hücumların qarşısını ala bilməməyin psixolojik təsiri altında əzilməkdə və məğlubiyyətlərinin qarşısını almaq üçün yollar axtarmaqdadırlar."

 

Yuxarı