Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İsrailin Polis Akademiyasında şok qalmaqal: Müəllim kursantı zorladı - 18+

Yayınlanma tarixi: 11.07.2019 16:58:58

İsrailin Polis Akademiyasında şok qalmaqal: Müəllim kursantı zorlayıb

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, dünən 10 İyulda İsrailin Beyt Şemeş Polis Akademiyasında qalmaqallı həbs həyata keçirilib.

Belə ki, adının gizli saxlanıldığı akademiyanın polis orqanlarında uzun stajı olan müəllimi kursant tələbəsini zorladığına görə, digər müəllimlərin qarşısında polis cinayətlərini araşdıran Maxaş adlı Ədliyyə Nazirliyinə bağlı qurum tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.

Uzun müddət polis işləyən müəllim ittihamları rədd edərək bunu "böhtan" adlandırıb.

Sübut yetərsizliyi olsada, səs-küylü cinayətə görə, məhkəmə onu 5 günlük ev dustağlığına məhkum edib.

Polis Akademiyasının kursantı və şikayətçi qız müəllimin onu otağına salaraq güc tətbiq etmə yolu ilə zorladığını ifadəsində ikinci dəfə təsdiq edib.

Hazırda istintaq davam edir.

Polis hadisənin baş verib verməməsindən asılı olmayaraq hər iki halda cinayət törədildiyini bildirib.

Yuxarı