Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İsrailin müxalifət lideri: "Məscidül-Əqsanın idarə edilməsində Səudiyyəyə rol verməliyik"

Yayınlanma tarixi: 11.01.2018 17:10:21

İsrail müxalifət lideri İsaak Hersoq işğal altındakı Şərqi Qüdsdə olan "Əqsa" məscidinin idarə edilməsində Səudiyyə Ərəbistanın da rol alması təklif edib.

İslamazeri.com Eastnews.org-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Londonda nəşr edilən "İlaf" qəzetinə müsahibə verən Knesset üzvü və keçmiş İsrail Fəhlə Partiyasının lideri Hersoq "Səudiyyə Ərəbistanı Qüds məsələsində böyük rol oynaya bilər. Müzakirələrdə Qüds və "Əqsa" kimi müqəddəs məkanlar məsələlərini müzakirəyə gəldikdə, mən bu barədə Səudiyyənin rolu və məsuliyyəti olmalı olduğu fikirdəyəm. Səudiyyə Ərəbistanının Məkkə və Mədinə kimi müqəddəs yerlərin idarəetməsində təcrübəsi var. Məncə, Səudiyyə Ərəbistanına bu barədə mərkəzi bir rol oynamasını təklif etməliyik", - deyib.

Səudiyyə Ərəbistanının Fələstin-İsrail sülh prosesində daha aktiv rol almalı olduğunu təklif edən Hersoq Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmandan da bəhs edib.

İssak Hersoq "Fələstinlilərlə sülh prosesini canlandırmaq üçün Səudiyyə Ərəbistanına kömək etməliyik. Vəliəhd şahzadənin verdiyi qərarlara hörmətlə yanaşıram və onu Yaxın Şərqin böyük inqilabçılarından biri kimi qiymətləndirirəm", - deyib.

Hersoq son həftələrdə Səudiyyə Ərəbistanı qəzeti "İlaf"a danışan üçüncü israilli yüksək səviyyəli səlahiyyətli olub.

İsrailli rəsmilərin Səudiyyə Ərəbistanı qəzetinə verdikləri müsahibələr iki ölkə arasında son illərdə baş verən yaxınlaşmanın bir əlaməti kimi göstərilir. İsrail ilə Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik münasibət yoxdur.
Səudiyyə Ərəbistanının Londonda nəşr edilən "İlaf" qəzetinə müsahibə verən Knesset üzvü və keçmiş İsrail Fəhlə Partiyasının lideri Hersoq "Səudiyyə Ərəbistanı Qüds məsələsində böyük rol oynaya bilər. Müzakirələrdə Qüds və "Əqsa" kimi müqəddəs məkanlar məsələlərini müzakirəyə gəldikdə, mən bu barədə Səudiyyənin rolu və məsuliyyəti olmalı olduğu fikirdəyəm. Səudiyyə Ərəbistanının Məkkə və Mədinə kimi müqəddəs yerlərin idarəetməsində təcrübəsi var. Məncə, Səudiyyə Ərəbistanına bu barədə mərkəzi bir rol oynamasını təklif etməliyik", - deyib. Səudiyyə Ərəbistanının Fələstin-İsrail sülh prosesində daha aktiv rol almalı olduğunu təklif edən Hersoq Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmandan da bəhs edib. İssak Hersoq "Fələstinlilərlə sülh prosesini canlandırmaq üçün Səudiyyə Ərəbistanına kömək etməliyik. Vəliəhd şahzadənin verdiyi qərarlara hörmətlə yanaşıram və onu Yaxın Şərqin böyük inqilabçılarından biri kimi qiymətləndirirəm", - deyib. Hersoq son həftələrdə Səudiyyə Ərəbistanı qəzeti "İlaf"a danışan üçüncü israilli yüksək səviyyəli səlahiyyətli olub. İsrailli rəsmilərin Səudiyyə Ərəbistanı qəzetinə verdikləri müsahibələr iki ölkə arasında son illərdə baş verən yaxınlaşmanın bir əlaməti kimi göstərilir. İsrail ilə Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik münasibət yoxdur.

Yuxarı