Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İsrailin baş nazirinin açıqlamasına görə İƏT təcili toplaşır

Yayınlanma tarixi: 11.09.2019 16:12:53

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclası keçiriləcək.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclası keçiriləcək.

“Report” İƏT-in rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb İsrailin baş naziri Benyamin Netanyahunun İordan vadisi və Ölü dənizin şimalında suveren hüquqlarını bərqərar edəcəkləri barədə verdiyi açıqlamadır.

Səudiyyə Ərəbistanının müraciətinə əsasən İsrailin “təcavüzkar mövqeyinə qarşı islam dövlətlərinin səylərini birləşdirmək” üçün belə bir görüşün keçiriləcəyi İƏT baş katibi Yusif bin Əhməd Əl-Osaymini tərəfindən təsdiq olunub.

İsrail baş nazirinin bu bəyanatını qəti şəkildə pisləyən İƏT onu “Fələstin xalqının hüquqlarına qarşı növbəti hücum, BMT-nin Nizamnaməsinin və müvafiq qətnamələrinin, habelə beynəlxalq hüquq normalarının pozulması” olaraq dəyərləndirir.

Qeyd edək ki, Qərbi Sahil ərazisinin 30 faizini təşkil edən adıçəkilən bölgədə hazırda 65 minədək fələstinli və 11 minədək israillinin yaşadığı bildirilir.

Yuxarı