Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İsraildə müəmmalı qəza: Yük maşını 3 hərbi maşını vurdu, əsgərlər öldü - FOTO

Yayınlanma tarixi: 14.02.2018 09:08:23

İsraildə müəmmalı qəzada İsrail ordusunun əsgərləri ölüblər

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, 14 fevralda İsrail Ordusunun senzuranı götürdükdən sonra (red:Ordu ilə bağlı xəbərlər ancaq Ordunun iznilə icazə verilir) gecə saatlarında yol qəzasında ölən iki İsrailli əsgərlərin adları KİV-ə açıqlanıb.

Məlumata görə, Qüds sakini (adı açıqlanmır) özünün yük maşını ilə 3 İsrail Ordusunun hərbi maşınları ilə toqquşub. Qolani adlı briqadanın hərbçilərinin ikisi ölüb. Ölənlərdən biri Bar Yakobian, digəri isə Aaşato Tasfodur. Yük maşınının sürücüsünün ərəb olduğu önə çəkilir. Hazırda 3 hərbi maşını vuraraq iki əsgərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olan sürücünün saxlanıldığı bildirilir.

İsrail Ordusu bu olayın hücum olmasını təsdiqləməyib. 

Qeyd edək ki, son zamanlar İsrailin Orduda və ölkədə döyüşə ruh yüksəkliyi yaratdığı bir zamanda bu olayın hücum olmasını təsdiq etməsi inandırıcı görünmür. Həmçinin bu günlərdə Livan "Hizbullah"ının İsrailin hərbi bazaları yaxınlığında foto və video paylaşımları etməsi, bu olayın müəmmasını artırmış olur.

Qalereya

img
img
img
img
Yuxarı