Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İsrail polisi Netanyahunun korrupsiyaya görə ittiham olunmasını tövsiyə edib

Yayınlanma tarixi: 14.02.2018 08:24:36

İsrail polisi ölkənin baş naziri Binyamin Netanyahunun korrupsiyaya görə ittiham olunmasını tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə idarənin "Twitter" səhifəsində yazılıb.

Məlumatda bildirilir ki, iki cinayət işinin araşdırılması nəticəsində səlahiyyətli orqan işçilərinin əlində İsrail hökuməti başçısına qarşı, xüsusilə də korrupsiya və fırıldaqçılıq ittihamları irəli sürmək üçün kifayət qədər sübut bazası yaradılıb.

"İş 1000" və "iş 2000" adlanan hadisələrdə baş nazir həmçinin rüşvət alma və hakimiyyətdən sui-istifadə etməkdə şübhəli bilinir.

Sözügedən işlərdə Hollivud prodüseri Arnon Milçi və avstraliyalı iş adamı Ceyms Pakerin adları öz əksini tapıb.

Bundan əvvəl məlum olub ki, İsrailin baş prokuroru Avihay Mandelblit Netanyahuya qarşı cinayət işinin istintaqına başlamaq barədə sərəcam verib.

Yuxarı