Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İŞİD lideri vəsiyyətini etdi: Mən öləndən sonra lider...

Yayınlanma tarixi: 14.08.2019 13:18:13

İŞİD lideri vəsiyyətini edərək özündən sonrakı terrorbaşının adını deyib

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi özünün məhv edilməsindən sonrakı “davamçısının” adını elan edib.

İŞİD-ə yaxın mənbələr qeyd edirlə ki, İŞİD liderinin xələfi İraqdan olan Abdullah Qardaşdır. O, əvvəllər “Əl-Qaidə” terror təşkilatı ilə əməkdaşlıq edib, daha sonra isə İŞİD-də Bağdadidən sonra ən nüfuzlu şəxs olmuş Əbu-Əla əl-Əfrinin yaxın adamı olub. Qeyd edək ki, əl-Əfri 2016-cı ildə məhv edilib.

Xatırladaq ki, bu yaxınlarda yayılan xəbərlərə görə, əl-Bağdadini iflic vurub və o, Suriya ərazisində gizlənir.

Yuxarı