Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İŞİD lideri 320 tərəfdarının edamına fitva verdi - SƏBƏB

Yayınlanma tarixi: 12.10.2018 13:17:29

Bu qərar terror qruplaşması üçün kritik illərdə verilib.

İslamazeri.com-un “IraqiNews”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD beynəlxalq terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi özünün 320-dən çox tərəfdarının barəsində ölüm fitvası verib. Həmin terrorçular arasında Suriya və İraqdakı yüksəkvəzifəli terrorçular da var.

İraq kəşfiyyatındakı mənbələrin məlumatına görə, İŞİD başçısı müvafiq əmrləri qruplaşma üçün kritik illərdə, İŞİD-çilər 2014-cü ildən işğal etdiyi torpaqları itirməyə başladığı andan verib.

Terror qruplaşmasının 320 üzvü xəyanət və “tədbirsizliyə” görə öldürülüb. Bu da ki, qruplaşma daxilində böyük itkilərə səbəb olub.

Xatırladaq ki, İŞİD liderinin taleyi haqda dəqiq məlumat yoxdur. Bəzi versiyalara görə, o məhv edilib, digər versiyalara görə isə, o yaralanıb, sağaldıqdan sonra isə gizlənir.

Yuxarı