Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İŞİD Kərkükdə İraq polisinə hücum edib

Yayınlanma tarixi: 6.02.2021 18:50:18

İraq xəbər mənbələri Cümə gecəsi İŞİD terror qruplaşmasının qalıqlarının ölkənin şimalında İraq Federal Polisinə hücum etdiyini bildirib

İslamazeri.com "Rasthaber Azərbaycan "-a istinadən xəbər verir ki, İraq Müqavimət Qüvvələrinin "Saberin News" kanalı xəbər verir ki, İŞİD terror qruplaşmasının qalıqları bir daha İraqın şimalında Kərkük əyalətindəki bir federal polis idarəsini hədəfə alıb.

Məlumata görə,hücuma məruz qalan Polis mərkəzi İraqın şimal əyalətindəki Daquq kəndlərinin ətrafında yerləşir.

İndiyədək tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki 2017-ci ildə üç il davam edən döyüşlərdə İraq "İŞİD" terror qruplaşması üzərində qələbə qazandı, lakin bu terror qruplaşmasının dağınıq elementləri və qalıqları "Diyalə, Kərkük, Neynəva, Səlahəddin, Əl-Ənbar və Bağdad "əyalətləri”-nin bəzi bölgələrində hələ də fəaldır.

Yuxarı