Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İŞİD-in ən təhlükəli qadın komandiri sağ şəkildə ələ keçirildi

Yayınlanma tarixi: 17.07.2017 17:16:41

İŞİD terror təşkilatının ən mühüm üzvlərindən biri ələ keçirildi.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İraqın təhlükəsizlik xidməti qüvvələri Mosul şəhərində Əhləm Mohsen adlı qadını tutub. Adıçəkilən şəxs isə “İŞİD terrorçularının ən təhlükəli qadın komandiri” hesab edilir.

Terrorçu öz qardaşı ilə birgə saxlanılıb. Onun qardaşı da terror təşkilatında mühüm vəzifələrdən birinin sahibidir.

Əhləmin kimliyi barədə çox az məlumat var. O, İraqda Səddam Hüseyn rejimi devrildikdən və ölkə ABŞ qüvvələri tərəfindən işğal edildikdən sonra İŞİD cərgələrinə qoşulub.

O, 2014-cü ildə Mosul şəhərinin işğalı əməliyyatında aktiv şəkildə iştirak edib. Məlumata görə, Əhləm İŞİD-in qadın korpusunun komandiri olub.

Xatırladaq ki, Mosul şəhəri uzun çəkən əməliyyatlardan sonra İraq ordusu tərəfindən azad edilib. İraq Baş naziri isə iyul ayının 9-u İŞİD üzərində qələbə haqda elan etmişdi.

Yuxarı