Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İŞİD-in dəhşətli cinayəti ifşa olundu: 1500 nəfərin basdırıldığı kütləvi məzarlıq

Yayınlanma tarixi: 12.10.2018 15:19:19

Raqqada İŞİD-in daha bir cinayəti ifşa olundu.

İslamazeri.com-un “Press TV”-yə istinadən verdiyi xəbərə əsasən, Suriyanın şərqində Raqqa şəhərində İŞİD terror təşkilatı qurbanlarının kütləvi məzarlığı aşkar edilib.

Bildirilir ki, kütləvi məzarlıqda terrorçuların qətlə yetirdiyi azı 1500 insan cəsədi var.

Bu məzarlıq isə İŞİD-dən azad edilmiş torpaqlarda aşkar edilmiş ən böyük kütləvi məzarlıqdır.

Hazırda dəhşətli cinayət yerində cəsədlərin tanınması və onların növbəti dəfninə hazırlıq işləri davam edir.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ildə Raqqanı “xilafətin paytaxtı” elan etmişdi

Yuxarı