Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İŞİD başçısı şəkər xəstəliyinə yoluxub

Yayınlanma tarixi: 13.02.2018 15:15:45

İraq DİN Əbubəkr Bağdadi haqqında növbəti açıqlamasını yayıb

 İslamazeri.com-un İraq mediasına istinadən verdiyi xəbərə əsaən, İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi ağır yaralanıb və hazırda Suriya ərazisindəki səhra hospitallarından birində gizlənir.

Bu haqda İraq DİN-in Kəşfiyyat İdarəsi və Narkotiklərlə Mübarizə İdarəsinin direktoru Əbu Əli əl-Bəsri növbəti açıqlamasında deyib.

Qeyd edilir ki, İŞİD-çilərin lideri müstəqil şəkildə hərəkət edə bilmir və "son günlərini yaşayır". O, aldığı yaralardan və şəkərdən müalicə alır. Xatırladaq ki, əvvəllər KİV-lərdə İŞİD terrorçularının başçısının yaralanması və hətta məhv edilməsi haqda dəfələrlə xəbərlər gedib.

Yuxarı