Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İraqın İŞİD-dən sonrakı YENİ HƏDƏFİ

Yayınlanma tarixi: 17.07.2017 18:08:38

İraq Baş Naziri Heydər əl-Abadi ölkənin şərqində yerləşən Mosul şəhərinin azad edilməsini İŞİD terror təşkilatının sonunun başlanğıcı kimi xarakterizə edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Baş Naziri Heydər əl-Abadinin ofisindən edilən açıqlamada deyilib: Heydər əl-Abadi İngiltərə, Qərbi Asiya və Cənubi Afrika məsələləri üzrə müşavir Alster Perat ilə Bağdadda keçirdiyi görüşdə bu bəyanatları verib: "Azad edilmiş ərazilərdə vətəndaşların silahlı qüvvələrlə əməkdaşlıq etməsi ilə əldə edilən İraqın uğuru və Mosulun azad edilməsi IŞİD terror təşkilatının sonunun başlanğıcı oldu. İraq hökumətinin səyləri bundan sonra İŞİD terror təşkilatından azad edilmiş olan bölgələrdə yaşanacaq problemləri həll etmək və bu regionlarda uzunmüddətli sabitlik təmin etmək məqsədilə vəhdətdən istifadə etməyə yönəlmiş olacaqdır."

Görüşdə Böyük Britaniya, Qərbi Asiya və Cənubi Afrika məsələləri müşaviri Alster Perat isə verdiyi açıqlamada, ölkəsinin İraqın birliyini, sabitliyini dəstəklədiyini bildirib.

İraq Baş Naziri 10 yanvarda İraq qüvvələri ilə İŞİD terror təşkilatı arasında təxminən 9 ay davam edən qarşıdurmanın ardınca, bu ay Mosulun təşkilatdan tamamilə təmizləndiyini elan edib.

Yuxarı