Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İraqın Diyala əyalətində partlayış törədilib, ölən və yaralananlar var

Yayınlanma tarixi: 14.05.2022 12:39:42

İŞİD 2017-ci ilin sonunda İraqda zəbt etdiyi bütün əraziləri itirib və gizli sığınacaqlarına geri çəkilib.

İraqın Diyala əyalətinin İmam-Veys bölgəsində təhlükəsizlik qüvvələrinin mövqeyində partlayış törədilib. Ölən və yaralananlar var.

İslamazeri.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Əyalətin İmam-Veys bölgəsində təhlükəsizlik qüvvələrinin mövqeyində quraşdırılmış bomba işə düşüb. Bir hərbçi həlak olub və altısı yaralanıb.

Qeyd edək ki, Diyala İŞİD-in fəal olduğu əyalətlərdən biridir.

İŞİD 2017-ci ilin sonunda İraqda zəbt etdiyi bütün əraziləri itirib və gizli sığınacaqlarına geri çəkilib. İraqın əl-Ənbar, Diyala, Səlahəddin və Nineva əyalətləri İŞİD-ə qarşı əməliyyatların tez-tez şahidi olur.

Yuxarı