Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İraqda 5 İŞİD terrorçusu həbs edilib

Yayınlanma tarixi: 5.08.2022 12:26:37

İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü İraqın Süleymaniyyə vilayətində 5 İŞİD terrorçusunun həbs edildiyini açıqlayıb.

İraqın Süleymaniyyə vilayətində 5 İŞİD terrorçusu ələ keçirilib.

İslamazeri.com xarici mediaya istinadən vəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Yəhya Rəsul açıqlama verib.

Yəhya Rəsul İraq Müdafiə Nazirliyinin kəşfiyyat və təhlükəsizlik bölməsi Süleymaniyyə təhlükəsizlik kəşfiyyat idarəsinin qüvvələrinin Süleymani vilayətində 5 terrorçu ünsürü aşkar edərək həbs etdiyini açıqlayıb.

Açıqlamada sözügedən terrorçular Terrorla Mübarizə Qanununun 4-cü maddəsi ilə əlaqədar ittihamlarla həbs edilərək Neynəva İstintaq Məhkəməsinə təhvil verilib.

Qeyd edək ki, İraqın təhlükəsizlik kəşfiyyat bölməsi daha əvvəl Neynəva vilayətinin qərbindəki dağlıq bölgələrdə 8 İŞİD terrorçusunun öldürüldüyünü açıqlamışdı.

Yuxarı