Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İraq-Türkiyə razılaşmasına türkman liderdən reaksiya

Yayınlanma tarixi: 16.05.2019 12:56:10

Bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi İraqın Baş naziri Adil Əbdülmehdinin Türkiyə səfərini şərh edərkən deyib.

Dünən baş tutan səfər Türkiyə və İraq yaxınlaşması fonunda atılan çox mühüm addım idi.

Bu sözləri Axar.az-a İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi İraqın Baş naziri Adil Əbdülmehdinin Türkiyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli və çoxtərəfli görüşlərdən sonra bir çox məsələlər haqda razılığa gəlib:

“Əsas müzakirə mövzularından biri olan su probleminin aradan qaldırılması haqda razılığa gəlinib. Cənab Ərdoğan həmçinin İraqda yenidən Türkiyə baş konsulluğunun açılacağını da vurğulayıb”.

Salehinin sözlərinə görə, bu görüşdən sonra dövlətlər arasında iqtisadi münasibətlər sürətlə inkişaf edəcək:

“Türkiyə və İraq arasındakı ticarətin inkişaf etdirilməsi məqsədilə sahibkar və biznesmenlərin Türkiyəyə səfəri planlaşdırılır.

Həmçinin iki ölkə arasında əldə olunan hərbi əməkdaşlıq və güvən razılaşması olduqca sevindirici bir haldır”.

Yuxarı