Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İraq: Təcili surətdə 22 milyarda ehtiyacımız var

Yayınlanma tarixi: 13.02.2018 15:35:27

Bu haqda İraqın ticarət və planlaşdırma naziri Salman əl-Cuməyli açıqlama verib.

 İslamazeri.com-un İraq mediasına istinadən verdiyi xəbərə əsasən, İraqın bərpa edilməsi üçün, ən azı, 88 milyard dollar lazımdır, üstəlik həmin məbləğin 22 milyardı isə təcili surətdə lazımdır.

Bu haqda İraqın ticarət və planlaşdırma naziri Salman əl-Cuməyli açıqlama verib.

Bu hesablamalar, iraqlı və beynəlxalq ekspertlərinin araşdırmalarına əsaslanıb.

Xatırladaq ki, İŞİD terror təşkilatı bir zamanlar İraq ərazisinin təxminən 3-də 1-nə, o cümlədən də Mosul, Fəlluca və Tikrit kimi böyük və mühüm şəhərlərə nəzarət edirdi. Döyüşlər zamanı bu şəhərlər, demək olar ki, tamamilə məhv olublar.

Qeyd edilir ki, İraqda ümumilikdə 140 min bina zərər görüb ki, onlardan da 70 mini bərpaya yararlı deyil. Nazir bildirib ki, ilk növbədə yaşayış binalarını, həmçinin nəqliyyat şəbəkəsi və kənd təsərrüfatı obyektlərini bərpa və inşa etmək lazımdır.

Yuxarı