Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İraq parlamenti baş nazirin istefasını qəbul edib

Yayınlanma tarixi: 02.12.2019 08:38:47

Bazar günü səsvermədən sonra baş nazirin özü də daxil olmaqla, Əbdül Mehdi hökuməti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq rəhbərlik funksiyasını yerinə yetirəcək.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, İraq parlamenti ölkədə həftələrdir hökumət əleyhinə zorakılıqlarla müşayiət olunan nümayişlərin davam etdiyi vaxt bazar günü baş nazir Adil Əbdül Mehdinin istefasını qəbul edib.

Baş nazir cümə günü istefa qərarını İraqın ali şiə müsəlman din xadimi Ayətullah Əli Əl-Sistaninin parlamenti zorakılıqların qarşısını almaq üçün tövsiyələr verdikdən sonra verib.

“İraq parlamenti prezidentdən yeni baş nazirin namizədliyini irəli sürməsini istəyəcək”, parlamentin media ofisinin açıqladığı bəyanatda bildirilir.

Qanunvericilər bildirib ki, bazar günü səsvermədən sonra baş nazirin özü də daxil olmaqla, Əbdül Mehdi hökuməti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq rəhbərlik funksiyasını yerinə yetirəcək.

Hökümət əleyhinə etirazların oktyabrın 1-də başlamasından bəri İraq qüvvələri tərəfindən azı 400 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Toqquşmalar zamanı təhlükəsizik qüvvələrinin də ondan çox üzvü ölüb.

Yuxarı