Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İranlı müsəlman xanımdan növbəti dünya rekordu

Yayınlanma tarixi: 12.06.2019 16:02:43

İranlı qadın dünya rekorduna imza atıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, 35-yaşlı iranlı qadın Elham Sadat Əsğəri olduqca qeyri-adi rekordla Ginnesin Kitabına düşüb. Belə ki, o, əli bağlı halda 5500 metr üzüb.

İran KİV-ləri yazır ki, müsəlman xanım artıq 2-ci dəfədir ki, öz adını rekordlar kitabına həkk edir.

O, 2017-ci ildə 4200 metr əlləri bağlı şəkildə üzərək oxşar rekorda imza atmışdı.

Müsəlman xanımın yeni rekordu BƏƏ-də qeydə alınıb, Ginnes şəhadətnaməsinin təqdimatı isə Tehranda baş tutub.

Yuxarı