Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İranın vurduğu İsrailə məxsus PUA-nın hansı ölkədən buraxıldığı məlum oldu

Yayınlanma tarixi: 09.11.2019 13:10:05

İranın vurduğu İsrailə məxsus PUA Bəhreyn ərazisindən göndərilib

İslamazeri.com "al mayadeen "ə istinadən xəbər verir ki, İranın keçmiş diplomatı Əmir Musəvi İranın vurduğu PUA-nın İsrailə aid olduğunu bildirib.

Telekanalda açıqlama verən Musəvi PUA-nın Xozestan əyalətinin Bender-Mahşehr ərazisində vurulduğunu və İsrailə məxsus olduğunu qeyd edib.

O həmçinin bildirib ki, İsrailə məxsus PUA Bəhreyn ərazisindən göndərilib.

Keçmiş diplomatın sözlərinə görə, İsrail bu ərazilərdə kəşfiyyat işləri aparmaq istədiyini və İran HHQ-nin neçə müddətə PUA-ya zərbə endirəcəyini test etmək üçün bu addımı atdıqlarını önə çəkib.

"Lakin İsrail PUA-sı İran ərazisinə daxil olan kimi vurulub", -deyə Əmir Musəvi əlavə edib.

Bir müddət əvvəl Xozestan əyalətinin qubernatoru Qulamrza Şəriəti İran Hərbi Hava Qüvvələrinin xarici bir ölkəyə məxsus PUA-nı vurmasıyla bağlı açıqlama vermişdi.

Qalereya

img
Yuxarı