Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İranın İmam Əlinin (ə) adını daşıyan "Kərrar" tankları müdafiəyə daxil ediləcək

Yayınlanma tarixi: 14.02.2018 13:50:15

İran İslam Respublikasının İmam Əlinin (ə) adını daşıyan "Kərrar" tankları müdafiəyə daxil ediləcək

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının birinci imam Həzrəti Əlinin (ə) Kərrar ləqəbini daşıyan "Kərrar" tankları İslam Respublikasının müdafiəsinə daxil ediləcək.

Bu barədə, "Gənc əsgər festivalı" adlı tədbirdə jurnalistlərin suallarını cavablandıran, İran Ordusunun Quru Qoşunlarının komandiri general Kiyumers Heydəri bildirib. Onun sözlərinə görə, İran istehsalı olan və bənzərsiz hərbi maşın olan "Kərrar" tankına aid istifadə sazişi Quru Qoşunları tərəfindən hazırlanaraq istehsalın başladılması üçün müvafiq hərbi fabriklərə göndərilib.

"Bu tank, yaxın bir zamanda istifadə üçün müdafiəyə daxil ediləcək və hamımız ordumuzun fərqli birliklərilə ilboyu təşkil edilən hərbi təlimlərdə bu tankın iştirakının şahidi olacağıq,", - deyə iranlı general əlavə edib.

"Heydəri Kərrar" İmam Əliyə verilən ləqəbdir. Ərəb dilindən tərcümədə Heydər - aslan, bir işi təkrar edən və nəticə alınana kimi bundan yorulmayan şəxsə isə Kərrar deyirlər. "Heydəri-Kərrar" ifadəsi dini kitablarda İmam Əliyə (ə) aid edilir. İmam Əli (ə) döyüş meydanlarında oxuduğu rəcəzlərdə (hərbi şeirlərdə) özünü bu ləqəblə təqdim etdiyi tarixi kitablarda mövcuddur. Mənbələrdə həmçinin bildirilir ki, "Kərrar" ləqəbini o həzrətə İslam Peyğəmbəri (s) verib.

Yuxarı