Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İranın Bakıdakı Səfirliyi qarşısında aksiya

Yayınlanma tarixi: 11.07.2019 14:34:24

İyulun 10-da Milliyyətçi Gənclər Təşkilatı İranın Bakıdakı Səfirliyi qarşısında aksiya keçirilib

İyulun 10-da Milliyyətçi Gənclər Təşkilatı İranın Bakıdakı Səfirliyi qarşısında aksiya keçirilib.

Aksiya iştırakçıları İranda həbsə məhkum edilmiş Abbas Lisani və digərlərinin portretlərini, “Soydaşlarımıza azadlıq!”, “Cənubi Azərbaycan İran deyil!”, “Biz diri qalmaq istəyirik!” şüarları qaldırıb, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” və digər şüarlar səsləndirib.

Etirazçılar İran səfirliyi qarşısında aksiyanın qətnaməsini oxuyub.

Lakin səfirlik qətnaməni qəbul etməyib.

Sənəddə deyilir ki, İran hökuməti bu ölkədə yaşayan azərbaycanlı milli-mədəni fəallara qarşı son aylar təzyiqlərini artırıb.

“Milli-mədəni fəallardan Abbas Lisaniyə 8 il, Kazım Səfabəxşə 13 il həbs verilib. Bundan başqa 3 illik həbs müddəti başa çatan Siyamək Mirayi hələ də azadlığa buraxılmayıb. Həmid Allahverdi 7 ay, Səhənd Məaliyə isə 10 ay həbs verilib. “Yol-Press” media orqanı, “Açıq Yol” dərgisi bağlanıb,” qətnamədə deyilir.(Amerikanın səsi)

Yuxarı