Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İrandan Hindistana tələb: Müsəlmanların haqlarını bərpa edin!

Yayınlanma tarixi: 14.08.2019 16:05:20

İran Hindistanın Kəşmir və Cammu ştatı ilə bağlı qərarına reaksiya verib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İran Hindistandan Cammu və Kəşmir ştatının sıravi sakinlərinin həyatlarının normal axara qaytarılması istiqamətində tədbirlər görməyi tələb edib.

İran XİN rəsmisi Abbas Musəvi bildirib ki,  İran Hindistanın müsəlmanlara tətbiq etdiyi məhdudiyyətlərlə bağlı öz narahatlığını ifadə edib.

O, Kəşmirin bir sıra bölgələrindəki təhlükəsizlik sahəsindəki vəziyyətin mürəkkəbləşməsinə, həmçinin müsəlmanlara tətbiq edilən dini məhdudiyyətlərə reaksiya verib.

Xatırladaq ki, Hindistan 5 Avqustda Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsinə barədə qərar qəbul edib.

Yuxarı