Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İranda Qarabağla bağlı Beynəlxalq Konfrans keçirilib - FOTO

Yayınlanma tarixi: 1.03.2021 16:09:02

İranın Qum şəhərində “17 Rəbiul-Əvvəl" Beynəlxalq Konfransı keçirilib.

İslamazeri.com xəbər verir ki, bu  gün İranın Qum şəhərində Qarabağla bağlı “17 Rəbiul-Əvvəl”  Beynəlxalq Konfransı keçirilib.

Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, Ayətullah Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili, Ayətullah Xameneinin  Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəmməd Əli Al Haşem, İran və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxışı zamanı qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Azərbaycan dost ölkələrin köməyi ilə mübarizə aparıb. Lakin həmin dövrdə Azərbaycanın gələcəyini təmin edəcək lideri yox idi: “Ümummilli lider Heydər Əliyevin iqtidara gəlməsi və onun qonşu ölkələrlə münasibətləri möhkəmləndirməsi ilə Azərbaycanın İranla əlaqələri gücləndi və bugünədək davam edir”.

B.Hüseynov qeyd edib ki, Azərbaycan xalqı İranın istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsindəki dəstəyini unutmayıb və unutmayacaq.

Səfir Qarabağın bərpası sahəsində Azərbaycan və İran arasında əməkdaşlıq ediləcəyini də deyib.

 İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi da Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ" konfransında danışıb.

O çıxışı zamanı "Dağlıq Qarabağ Qafqaz bölgəsindəki ən mürəkkəb və uzun müddətli böhranlardan biridir və əlbəttə ki, Qafqaz bölgəsi çox keşməkeşli bir tarixə malikdir və Qarabağ həmişə gərginlik və böhran məkanı olubdur, beləki Sovet İttifaqının dağılmasından sonra 90-ci illərdə bu bölgə müharibə məkanına çevrilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra beynəlxalq ictimaiyyət böhranın həllindən aciz qaldı və o zaman Azərbaycan Respublikasına çox köməklik göstərildi və hətta bir neçə şəhid də verildi. Azərbaycan hökuməti və xalqı işğal altında olan ərazilərini hərbi yolla azad etməyə qərar verdilər və İranın mövqeyi daima işğala qarşı çıxmaq olubdur və bu istiqamətdə Azərbaycan Respublikası ilə Xudafərin su bəndinin inşasına dair müqavilənin bağlanması öz-özlüyündə Azərbaycan Respublikasının Qarabağ üzərində suverenliyinin tanınmasını göstərir"., -deyə bildirib.

O, sanksiya dönəmində İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin təbii formada davam etdiyini bəyan edərək deyib: "Azərbaycan Respublikası ilə münasibətlərimizi qarşılıqlı hörmət və maraqların qorunması əsasında davam etdiririk".

Əraqçi qeyd edib ki, Qarabağ müharibəsinin başlanmasından sonra İran İslam Respublikası hərbi əməliyyatların dayandırılması və işğal olunmuş ərazilərin geri qaytarılması, həmçinin dayanıqlı bir həll yolu tapmaq və bölgə ölkələri arasında tranzit xəttləri yaratmaq üçün danışıqlara başlanılmasına dair bir plan hazırladı ki, rəğbətlə qarşılandı.

"Hazırda İranla Azərbaycan Respublikası arasında siyasi, sosial və mədəni əlaqələr ən yüksək səviyyədədir və biz mütləq iki tərəf arasındakı yaxşı münasibətləri davam etdirəcəyik və bütün ölkələrləmehriban qonşuluq siyasəti davam etdiriləcək", - deyə İranın xarici işlər nazirinin müavini qeyd edib.

Konfransın sonunda 11 maddədən ibarət bəyanat qəbul edilib.

 GENİŞ FOTOREPORTAJ

Qalereya

img
img
img
img
img
img
Yuxarı