Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İranda maska taxılması məcburi oldu

Yayınlanma tarixi: 28.06.2020 13:42:41

İran Prezidenti keçirdiyi iclasda bu qərarın uzadılacağını istisna etməyib

İslamazeri.com xəbər verir ki, İran höküməti tibbi maska ilə bağlı qərar verib. Bu haqda İran prezidenti Həsən Ruhani bu gün keçirilən iclasda açıqlayıb.
"İnsanların sıx olduğu bütün yerlərdə tibbi maska taxılmasını 5 iyuldan 21 iyula qədər məcburi edilməsilə bağlı qərar qəbul etmişik. Lazım olacağı təqdirdə, bu müddəti uzadacağıq.", -deyə Ruhani qeyd edib.
Qeyd edək ki, İranda bu günə qədər 220,180 insan koronavirusa yoluxub, onlardan 10364 nəfər dünyasını dəyişib, 180,661 nəfər isə sağalıb. Lakin son zamanlar tibbi maskadan istifadə hallarının azalması İranda koronavirusa yoluxma dinamikasında dəyişiklik yaradıb.

Yuxarı