Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İran XİN sözcüsü Pompeoya: " Hiddətlən və bu hiddətdən öl!"

Yayınlanma tarixi: 13.01.2021 16:01:07

" Hiddətlən və bu hiddətdən öl".

İslamazeri.com Rasthaber Azərbaycan -a istinadən xəbər verir, bunu  İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ dövlət katibi Mark Pompeonun İranı Əl-Qaidə ilə əlaqələndirməsinə cavabında bildirib.

O, açıqlamasında bildirib ki, İran İslam Respublikası illərdir ABŞ-ın dövlət terroruna məruz qalır.  

"Bu gün ABŞ bizi "Əl-Qaidə" terrorçu qruplaşmasına yardım etməkdə ittiham edir. Onu bildirim ki, bizim "Əl-Qaidə" və İŞİD-ə qarşı mübarizəmiz həmişə göz önündə olub. Terrorçuları dəstəkləyənlər öz etdiklərini bizim üzərimizə atmağa çalışırlar", - deyə Səid Xətibzadə diqqətə çatdırıb.  

O qeyd edib ki, ABŞ-ın terrorçu qruplaşmalara yardım etməsi dəfələrlə sübut olunub. 

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif də Pompeonu səsləndirdiyi ittihamlara münasibət bildirib və onları uydurma və Pompeonu müharibə təşəbbüskarlı adlandırıb".

Yuxarı