Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İran XİN Ermənistanın Azərbaycanın yaşayış massivlərinə raket hücumunu qınadı

Yayınlanma tarixi: 12.10.2020 11:10:14

İran İslam Respublikası Azərbaycanın şəhərlərinə, yaşayış massivlərinə raket hücumlarını və dinc insanların qətlə yetirilməsini pisləyir.

İslamazeri.com-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

İran XİN sözcüsünün sözlərinə görə, İran Azərbaycan və Ermənistan arasında elan olunan humanitar atəşkəsin pozulmasından təəssüflənir:

“Beynəlxalq hüquq çərçivəsində danışıqlar başlanmalı, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

İran XİN rəsmisi deyib ki, Tehranda regionda davamlı sülhə nail olmaq üçün bu danışıqları asanlaşdırmağa hazır olduğunu elan edir.

Yuxarı