Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İran Süleymani sui-qəsdinə görə Tramp və 35 nəfəri İnterpola verdi

Yayınlanma tarixi: 29.06.2020 15:22:33

O qeyd edib ki, bu insanlar “qətl” və “terrorçuluqda” ittiham edilirlər.

İslamazeri.com  shafaqna -ya istinadən xəbər verir ki, İranın məhkəmə sistemi İnterpoldan tələb edir ki, Sepah generalı Qasim Süleymaniyə qarşı törədilmiş sui-qəsdə görə ABŞ prezidenti Donald Tramp beynəlxalq axtarışa verilsin.

Qasim Süleymaniyə qarşı sui-qəsd məsələsinin hazırlığında iştirak etmiş və bu məsələ ilə məşğul olmuş 36 nəfərin kimliyini müəyyən edə bildik. Onlar arasında ABŞ və digər ölkələrin siyasi və hərbi xadimləri də var”, - deyə Tehran prokuroru Əli Mehr bildirib.

Onun sözlərinə görə, məhkəmə orqanları onların məsuliyyətə cəlb edilməsi və İnterpol vasitəsi ilə qırmızı statusun elan edilməsinə dair qərar qəbul edilib.

O qeyd edib ki, bu insanlar “qətl” və “terrorçuluqda” ittiham edilirlər.

Siyahının başında isə ABŞ prezidenti Donald Trampdır”, - deyə o əlavə edib.

Yuxarı