Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

"İran öz nüvə proqramında həmişəkindən də çox irəliləyib" - ABŞ MƏTBUATI

Yayınlanma tarixi: 25.11.2021 13:53:22

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzi ABŞ və onun müttəfiqlərinin İranın bu tərəqqisinə görə narahatlıq keçirdiyini bildirib.

İslamazeri.com RT-a istinadən xəbər verir ki, İran nüvə silahı yaratmaq imkanına “olduqca yaxındır”.

Bu fikirləri ABŞ Silahlı Qüvvələrinin (SQ) Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzi səsləndirib.

“Time” jurnalı yazır ki, MAQATE-nin məlumatlarına əsasən, İran öz nüvə proqramında “həmişəkindən də çox irəliləyib”.

Makkenzi hesab edir ki, rəsmi Tehran real döyüş başlığı istehsalını inkişaf etdirməklə bağlı hələ qərar qəbul etməyib.

Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri İranın bu tərəqqisinə görə narahatlıq keçirir.

“Bu dəfə onlar olduqca yaxındırlar. Düşünürəm ki, (bu sahədə) irəliləyiş ideyası onların xoşuna gəlir”, - deyə o qeyd edib.

Yuxarı