İsrail Ordusunun Qərargah rəisi Aviv Koçavinin İranla bağlı son açıqlamasına İran tərəfinin cavabı gecikməyib.
İslamazeri.com “Rasthaber Azərbaycan “a istinadən xəbər verir ki, İran Ordusunun Qərargahının sözcüsü Əbəlfəzl Şikarçı “İsrailin İrana qarşı kiçik bir xətasını görsək, həm İrana hücum etmək üçün hazırlanan raketlərini vurarıq, həm də mümkün olan ən qısa zamanda Xayfa və Tel-Əvivi yox edərik.”, -deyə bildirib.
General mayor İsrail Ordusunun Qərargah rəisi Aviv Koçavinin İrana qarşı son təhdidlərini psixoloji müharibə adlandıraraq deyib: “Onlar İran Silahlı Qüvvələrinin gücünü hələ anlamayıblar.”
“Bu gün Sionist rejimin çökməsi gündəmdədir, bu rejim çökməlidir və həqiqətən Müsəlman Ümmətə çox böyük zərərlər verən bölgədəki bu xərçəng şişinin çökməsi vacibdir.”, -deyə Şikarçı əlavə edib.