Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İran: ABŞ odla oynayır! Əgər istəsəydik...

Yayınlanma tarixi: 16.07.2019 13:53:51

İran XİN başçısı müsahibə verib.

İslamazeri.com-un NBC-ə istinadən verdiyi xəbərə əsasən, İran uranın zənginləşdirilməsi ilə bağlı qərarını “bir neçə saat içərisində” yenidən gözdən keçirə bilər.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Bu, bir neçə saat ərzində yenidən gözdən keçirilə bilər”, - deyə o qeyd edib.

“İran odla oynadığına görə qorxmurmu?” sualına cavab verən iranlı nazir etiraz edərək bildirib ki, “sazişdən çıxaraq odla oynayan ABŞ-dır”.

“Bizim razılığımız var idi. Orada tərəflərdən birinin onun pozacağı halda görüləcək tədbirlər var idi... Biz rahat şəkildə (sazişin) qismən yerinə yetirilməsini dayandıra bilərik”, - deyə o əlavə edib.

“Biz nüvə silahı hazırlamayacağıq. Əgər nüvə silahı düzəltmək istəsəydik, biz bunu edərdik”, - deyə o bildirib.

Onun sözlərinə görə, İran ABŞ-ın “saziş yenidən gözdən keçirilməlidir” tələblərini yerinə yetirmək istəmir.

“Əgər qanunsuz tələblər qarşısında geri çəkilməyə başlasaq, bunun sonu olmayacaq”, - deyə o, vurğulayıb.

“Nəyə görə ABŞ prezidenti Donald Tramp vurulmuş PUA-ya cavab olaraq İrana zərbə endirmək qərarı qəbul etdi, amma sonra fikrindən daşındı?” sualını isə Zərif belə cavablandırıb: “Belə başa düşürəm ki, ağıl üstün gəldi. İnsanlar bu nəticəyə gəldilər ki, bu, məhdud əməliyyat olmayacaq”.

Yuxarı