Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İran: ABŞ bölgəni barıt çəlləyinə çevirib

Yayınlanma tarixi: 14.08.2019 15:16:19

"“ABŞ ötən il bölgəyə 50 milyard dollarlıq silah satıb"

İslamazeri.com-un “Press TV”-yə istinadən verdiyi xəbərə əsasən, İran XİN başçısı Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ-ın silah ticarəti Fars körfəzi regionunu hər an partlaya biləcək barıt çəlləyinə çevirib.

“ABŞ ötən il bölgəyə 50 milyard dollarlıq silah satıb. (Bölgə) əhali(si)nin 33 faizindən azının yaşadığı bəzi region ölkələri hərbi alışlara 87 milyard dollar xərcləyirlər”, - deyə o qeyd edib.

“Gəlin müqayisə edək: ötən il İran özünün ordusuna 16 milyard dollar sərf edib. Nəzərinizə çatdırım ki, İran ordusu təxminən 1 milyon hərbçidən ibarətdir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, BƏƏ 22 milyard dollar, Səudiyyə Ərəbistanı isə 87 milyard dollar xərcləyib.

“Əgər siz regionun səbəb olduğu təhlükədən danışırsınızsa, (bilin ki,) həmin təhlükənin mənbəyi ABŞ və onun müttəfiqləridir; onlar regionu silahla doldururlar ki, bu da buranın partlamasına səbəb ola bilər”, - deyə o bildirib.

Yuxarı