Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İnsan ücb xəstəliyinə yoluxanda...

Yayınlanma tarixi: 19.06.2019 16:00:14

İslamazeri.com-un "Din" rubrikasından...

“İnsanı dindən çıxardan rəzil sifətlərdən biri də, ücbdur. Ücb edən şəxs özünü, əməllərini, fikirlərini bəyənir və böyük bilir, Allahın ona verdiyi nemətləri öz haqqı kimi gözündə böyük görür. Məscidə gedib-gəlməsini, ağlamağını, ibadətlərini, yaxşılıqlarını bəyənir, onlara arxalanır, əməlləri onu rahatladır və xoşuna gəlir. Sonda bu şəxs Allahı unudur. Allaha minnət qoymağa başlayır.Ücb edən şəxs ibadətləri,  əməllərinə görə özünü haqlı sayır, yəni deyirki, gərək hər nemət mənə verilə, gərək mənim duam qəbul ola. Duası qəbul olmayanda, bəzi xoşagəlməz hadisələrlə üzləşəndə razı olmur. “Bu niyə oldu, axı mən neçə ildir namaz qılıram, yaxşı işlər görürəm” deyərək Allahın qəzavu qədəri və məsləhətinə müxalifət edir. Etdiyi əməllərə görə, Allaha minnət qoyur.

İmam Sadiq buyurur: “Hər kəsdə ücb olsa həlak olar.” İnsan ücb xəstəliyinə yoluxanda yaxşı əməl edərkən bunu özündən bilir, beləcə Allahı unudaraq həlak olur. Belə adam artıq əməl və ibadətlərinə görə, Allahdan möcüzə, kəramət gözləyir. İmam Sadiq buyurur: “Axmaq adam iki rikət namaz qılıb Allahdan möcüzə gözləyər.”

Ücbdən qorunmaq üçün insan bilməlidirki Allahın lütfü olmasa heç bir yaxşı işi görə bilməz, Allahın lütfü olmasa o məhv olar. İnsan bütün yaxşı əməllərini Allahdan bilməlidir, deməlidirki, mənim bacarığım yoxdur, hər nə yaxşı etdimsə Allah Səndəndir. İbadətini, məscidə gəlməyini, yaxşı əməllərini Allahdan bilməlidir. “

Marneulinin İmam cümələrindən biri olan Hacı Əziz Nəbiyevin moizələrindən götürülüb İslamazeri.com-a istinad vacibdir

 

Yuxarı