Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İmamın nəzərində pis və ən pis şəxs...

Yayınlanma tarixi: 17.09.2019 14:29:52

İslamazeri.com-un "Din" rubrikasından...

"İmam Baqir (ə) buyurur: "Bir gün Rəsuli-əkrəm (s) bu xütbəsində buyurdu: "Sizlərdən  pis adamın kim olduğunu xəbər verimmi?". Dedilər: Bəli, ya Rəsulləllah. Buyurdu: "Başqasına xeyri çatmayan kəs, quluna və öz tabeliyində olan adamlara çətin tutan, təkcə özü üçün azuqə götürən, qonşusu və yoldaşını fikirləşməyən, tək yeyən kəs".
Elə ki, həzrət bunu buyurdu, səhabələr yenə elə fikirləşdilər ki, "Pis insan odur ki, xeyrinə ümid olmasın və şərindən aman olmasın". Həzrət buyurdu: "İstəyirsinizmi, bundan da alçaq, ən pis adamı sizə tanıdım?" Dedilər: Bəli, ya Rəsuləllah! Buyurdu: "Söyüş söyür və lənət oxuyur. Elə ki, bir mömini xatırlayır, ona lənət oxuyur. Möminlər də onu xatırladıqda lənətləyirlər. Belə şəxs dünyanın ən alçaq mövcududur."

Yuxarı