Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İmam Əlini (ə) tanımaq mümkündürmü?

Yayınlanma tarixi: 25.02.2021 17:16:39

Ümumiyyətlə Üləma Həzrət Əlini (ə) tanımağın mümkün olmadığını bildirirlər.

Bismillahir Rəhmanir Rəhim

Ümumiyyətlə Üləma Həzrət Əlini (ə) tanımağın mümkün olmadığını bildirirlər. Həzrət Əlini (ə) niyə tanıya bilmərik? Həzrət Əli (ə) fövqəlbəşər bir varlıqdırmı? Həzrət Əli (ə) tanınmayacaq bir məqamdadırsa o zaman bizim üçün bir şey ifadə edirmi? Tanımadığımız bir insanın imamətinə iman etmək necə olacaq? Ümmətə imam olduğuna görə və imamın da xalq arasında yaşaması və örnək olması lazım olmasını göz önünə gətirərək tanınmayan bir imamın müsəlmanların arasında olması, onlarla birlikdə yaşaması onlara imamlıq etməsi nə qədər məntiqlidir? “Həzrət Əlini tanımaq imkansızdır” deyərkən və bu isbat edilmədiyi durumda iddiadan ibarət deyilmi? Necə olur, İmam Əlini (ə) tanıya bilmərik; Həzrət Əlinin (ə) kim olduğunu; soyunu, ana-atasını bilməyən varmı? Həzrət Əlinin (ə) harada dünyaya gəldiyini, kimin qohumu olduğunu, kimin kürəkəni olduğunu, kimin həyat yoldaşı olduğunu, kimlərin atası olduğunu bilməyən varmı? İmam Əlinin (ə) necə inancı olduğunu və inancına görə fədakarlıq etdiyini və haqqında nazil olan ayələri bilməyən varmı? Həzrət Əlinin (ə) elminin dərinliyini, cəsarətini, igidliyini bilməyən varmı? Həzrət Əlinin (ə) zöhd, təqva, iman, ixlas, ədalət sahibi olduğunu, yardımsevər, yetimə nəvaziş edən, ac olanları doyduran, məzlumu müdafiə edən, zalimin qarşısında duran igid, qəhrəman, cəsur olduğunu bilməyən varmı?

Bütün bunlar bilindiyinə görə “Həzrət Əlini (ə) tanıya bilmərik” deyərkən nə qəsd edilir?

Bu sualların cavabı verilmədən digər suallar adamı çaşdırır; “Həzrət Əlinin (ə) zamanındakılar Onun qədrini bilmədilər; Ondan lazım olduğu kimi yararlanmadılar” - sözləri məşhurdur, əgər belədirsə, Həzrət Əlini (ə) tanımaq mümkün deyilsə onda öz zamanındakı müsəlmanları niyə qınayırıq və qədrini bilmədiklərini deyirik? O zamankı müsəlmanları üzrlü saymağımız lazım deyilmi, çünki imkansız birşeyi onlardan istəmək qəbulediləndirmi?

Biz olsaydıq necə yararlanardıq? Nəyi soruşardıq? Nəyi bilmək istəyərdik? Bilmədiyimiz hansı mövzunu açıqlamanı istəyərdik? Həzrət Əlinin (ə) cavablamadığı hansı mövzu haqqında ona müraciət edərdik? Açıqlamadığı hansı mövzunu bəyan etməsini istəyərdik? Həzrət Əlinin açıqlamadığı mövzu varmı? Biz niyə tanıya bilmirik? Həzrət Əlini (ə) tanımaq imkansız olduğunu üçün tanıya bilmirik, yoxsa başqa səbəbləri var?

Keçmişdəkilər tanıya bilmədilər, cəfa etdilər, tək qoydularsa biz niyə tanıya bilmirik?

Əgər tanımasaq bizdə cəfa etmiş olarıq? Əgər sualın verilmə şəklini dəyişib bu cür soruşsaq; Yoxsa Həzrət Əlini (ə) tanımaq bizə sərf etmir? Həzrət Əli (ə) kimi bir imama, Onun istədiyi kimi beyət etmək sərf etmir, buna görəmi “Həzrət Əlini (ə) tanıya bilmərik” deyirik? Bir imam olaraq, vilayətinə iman etmək üçün tanımağımız lazım miqdarı tanıdıqdan sonra çoxunu tanımaq bizim üçün bir vəzifədirmi?

Yoxsa imam, vəli, öndər, lider olaraq da tanıya bilmərik? İmam Əlini (ə) tanımaq üçün səy göstərmək yerinə “Onu tanıya bilmərik” demək vəzifə və məsuliyyətdən qaçmaq deyilmi?

Həzrət Əlini (ə) tanımaq üçün onun kimi düşünmək lazımdır. Onun kimi inanmağı vacib edəcək, Onun kimi ibadət etməyi, Onun kimi yaşamağı tələb edəcəkdir. Buna görə, Həzrət Əlini (ə) tanımaq bizə sərf etməyə bilərmi? Hərhalda tanımaqdan məqsəd nədir? Bizim anladığımız mənadan başqa bir məna qəsd edilirmi?  Düşünürəm ki, bütün sualların cavabı “tanıma”anlayışındadır. Rəsulullahın (s.ə) buyurduğu: “Ya Əli, səni Allah və məndən başqa kimsə haqqı ilə tanıya bilməz...” hədisindəki “tanımaqdan” məqsəd nədir? Ariflərin, mütəfəkkirlərin buyurduğu “Həzrət Əlini (ə) heç kəs tam olaraq tanıya bilməz, bizim kimilərin Həzrət Əlini (ə) tanıtmağa gücü çatmaz” deyərkən “tanımaq və tanıtmaqdan” məqsədləri nədir?

Tanımağımız lazım olan miqdar nə qədərdir? Həyatımıza təsir edəcək miqdarını tanıma imkanı varmı? Lazım olan miqdardan çoxunu tanıma mükəlləfiyyəti varmı?

Bəli! Həzrət Əlini (ə) tanımaq, içində dünyaya gəldiyi Kəbəni tanımaq kimidir.

Kəbədə olanın Kəbəyə yönəlmək üçün bir şeyə ehtiyacı yoxdur. Kəbədən uzaqlaşdıqca insanın bir kompasa ehtiyacı var. Məkkə şəhərində Kəbənin harda olduğunu bilmək üçün Kəbəni tanıyan, bilən birindən soruşmaq lazımdır. Hicaz xaricində olan birinin isə kompasa, qiblənaməyə ehtiyacı olması vacibdir. Həzrət Əlini (ə) tanımaq üçün onunla birlikdə olmaq, onun sözlərini, əməllərini, yaşam tərzini görmək kifayətdir. Əsrlər sonra İmam Əlini (ə) tanıdacaq kompaslar qüsursuz olmalıdır. Quran, Rəsulallah (ə) və məsum hidayət öndərlərindən daha yaxşı kim ola bilər? Həzrət Əlini (ə) Quranın dilindən tanımağa cəhd etdikmi?Həzrət Əlini (ə) Rəsulallahın (s.ə) hədislərilə tanımağa çalışdıqmı? Həzrət Əlini (ə) öz dilindən tanımağa cəhd etdikmi? Daha doğrusu Həzrət Əlini (ə) tanımaq üçün çalışdıqmı?

Rasthaber Azərbaycan

Yuxarı