Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İmam (ə) bu gün zühur etsə həyatımızı bəyənərmi?

Yayınlanma tarixi: 28.06.2019 13:39:34

İslamazeri-nin "Din" rubrikasından...

"İmam Zaman (ə) hazırda təhlükə hiss edir və bayram günlərində o Həzrətin qəm-qüssəsi yenilənir. Çünki islam ümmətini canavarlar əlində çarəsiz görür. Bu vəziyyəti, Allaha və İmamımıza itaət etməməklə özümüz ərsəyə gətirmişik. İnsafla danışaq! Biz müsəlmanıq? Həyatımız nə qədər ilahi və islami rəngə boyanıb? İmam (ə) bu gün zühur etsə bizim həyatımızı bəyənərmi? Küçə-bazarımızın, ailələrimizin, mediamızın vəziyyəti islamidirmi? Ən acınacaqlısı isə budur ki, əksərimiz yanlış addımladığımıza fikir vermirik. Quran bu barədə deyir: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? Onlar, dünya həyatlarındakı səyləri puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.” (Kəhf 103-104)

Allahdan istəyirik ki, islama uyğun həyat tərzini bizə qismət etsin, məsumlarla olan əlaqəmizi daha da gücləndirsin və həyatda yolumuzu itirməyə imkan verməsin! Çünki yolu itirməklə bərzəx və qiyamətin zülmətlərinə düçar olacağıq."

Ayətullah Seyyid Ziyabadinin moizəsindən götürülüb İslamazeri.com-a istinad vacibdir

Yuxarı