Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İmam Cümə Ayətullah Sistaninin mesajını xalqa çatdırdı

Yayınlanma tarixi: 11.01.2020 23:50:44

Kərbəlanın İmam cüməsi böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Sistaninin mesajını oxuyub

İslamazeri.com "Rasthaber Azərbaycan"ə istinadən xəbər verir ki, Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi, Kərbəlanın İmam Cüməsi Əbdul-Mehdi Kərbəlai, dünənki cümə namazı xütbəsində böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Sistaninin mesajını oxuyub.

Mesajda təhlükəsizlik və siyasi problemlərin yaranmasının ölkədə xaricilərin müdaxiləsinin artmasına səbəb olduğu önə çəkilib.

Əbdul-Mehdi Kərbəlai mesajın davamında, Ayətullah Sistaninin İraqın Milli suverenliyinin pozulmasını tənqid edərək, bütün bunların daxili problemlərdən qaynaqladığını və bütün iraqlı tərəflərə şəxsi mənfəətlərini bir qırağa qoyub birlik və vəhdətə gəlmələrini istədiyini bildirib.

Yuxarı