Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İDDİA: İŞİD ABŞ və Avropaya hücumlara hazırlaşır

Yayınlanma tarixi: 12.06.2019 17:15:41

ABŞ kəşfiyyatındakı mənbə İŞİD terror təşkilatı ilə bağlı məlumat yayıb.

İslamazeri.com-un “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı ABŞ və Avropa ölkələrinə hücum məqsədi ilə Əfqanıstandakı aktivliyini ciddi şəkildə artırıb.

ABŞ kəşfiyyatındakı mənbənin məlumatına görə, Əfqanıstanın şimal və şərqindəki son hücumlar Qərbdəki iri hücumlar üçün təlim rolunu oynayırdı.

İŞİD terrorçuları yaxın aylarda fəaliyyət zonasını Əfqanıstanın şərqində Cəlalabadadək (Nanqərhar əyalətinin mərkəzi) genişləndirmək niyyətindədirlər. Onlar sonradan buranı digər ölkələrdəki terror aktlarının hazırlanması üçün əməliyyat meydanı kimi istifadə edəcəklər.

Əyalət rəhbərliyi də təsdiq edib ki, İŞİD həm Nanqərhar, həm də digər qonşu əyalətlərdə öz təsirini gücləndirmək cəhdlərini davam etdirir.

Bundan başqa, terrorçular Hindistan, Banqladeş, Çin, Özbəkistan və Çeçenistan sakinləri arasından öz cərgələrinə yeni üzvlər cəlb edir.

Yuxarı