Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İctimai məsuliyyət barədə Xanım Zəhranı (s.ə) özümüzə örnək götürməliyik

Yayınlanma tarixi: 4.02.2021 00:34:33

İlahiyyatçı alim Marneulidəki İmam Hüseyn (ə) məscidinin axundu Hacı Əziz Nəbiyevdən bununla bağlı danışıb

Az.shafaqna.com  Gürcüstanın tanınmış ruhanisi, ilahiyyatçı alim Marneulidəki İmam Hüseyn (ə) məscidinin axundu Hacı Əziz Nəbiyevdən bununla bağlı münasibət alıb.

Münasibəti təqdim edirik:

“Bismillahir Rəhmanir Rəhim

Xanım Fatimeyi Zəhranın (s.ə) dünyaya gəldiyi gün İslam Aləmində ən əzəmətli günlərdən biri hesab olunur. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsulallaha müjdə verir; Qurani Kərimin Kövsər surəsini nazil edir.  Peyğəmbər buyurur: Allah Fatimənin qəzəbilə qəzəblənir, onun sevincilə sevinir. Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim onu incitsə, məni incidib, onunla düşmənçilik edən mənimlə düşmənçilik edib. Fatimə (s.ə) mənim qəlbimdi, ruhumdur.”

Bizim üçün əsas və mühüm budur ki, bu zülmət dolu dünyada yolunu azmağa meylin çoxaldığı bir zamanda hidayət yolunda qalmağımız, dünya və axirət xoşbəxtliyini əldə etməyimiz üçün Fatimeyi Zəhranı (s.ə)  tanıyaq, onun həyatda yaşam tərzini öyrənək və onu özümüz üçün nümunə qərar verək. Həzrəti Fatimeyi Zəhranın(s.ə) həyat yoldaşı ilə davranışını, uşaqların necə tərbiyyə edilməsini ondan nümunə götürək. İctimai məsuliyyət, o cümlədən məhrum və kimsəsiz ailələrə qarşı fədakarlığı, sadə yaşam tərzi, Allah qarşısında ibadət və dua etməsi bizim üçün örnək və nümunə olmalıdır.

Bir daha başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə təbrik edir, o Həzrətin şəfaətini hamımıza nəsib olmasını arzu edirəm.”

Yuxarı